“Boltonla danışmaq maraqlıdır” - Lavrov

“Boltonla danışmaq maraqlıdır” -  Lavrov

İstefaya göndərilən ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton çox xoş həmsöhbətdir, ancaq güc üsullarına güvənərək sərt üslubuna görə rəsmi Moskva əksər məsələlərdə onunla razılaşmadı. Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bolton çox məlumatlı, düşüncəli bir insandır və onunla danışmaq maraqlıdır. Siyasi görüşlərinə gəldikdə, onunla bir çox məsələlərdə razılaşmadıq. O, güc metodlarına, o cümlədən hərbi güc metodlarına arxalanaraq kəskin bir üsluba sahibdir. Bildiyiniz kimi, Venesuela, İran və ya digər yerlərdə, müasir böhran vəziyyətləri ilə əlaqədar bir çox təşəbbüs irəli sürüb”.

İlkin Nəcəfzadə

Mənbə: azvision.az