Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədrinə yubiley medalı təqdim olunub

London, 11 sentyabr, AZƏRTAC

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yüz illik yubiley medalı ilə təltif olunub.

Medalı Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə Bob Bləkmənə təqdim edib.

Bob Bləkmən Azərbaycanın dostlarına verilən dəyər və diqqətə görə təşəkkürünü bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının ikitərəfli münasibətlərdə önəmli rola malik olduğunu vurğulayıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Qubada əmisinin gəlinini qaçırdığı üçün qətlə yetirilən gəncin işi üzrə ibtidai istintaq başa çatıb

SONRAKI XƏBƏR

Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər – Kor olacaqdı – FOTO