Daha 4 erməni hərbçi istintaqa cəlb olunub

Daha 4 erməni hərbçi istintaqa cəlb olunub

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi qulluqçular arasında bir-birinə qarşı zorakılıq, fiziki-cinsi təzyiqlər artıq adi hal alıb və bu tip hadisələrin sayı artmaqda davam edir.

Ordu.az xəbər verir ki, bu günlərdə düşmən ordusunda bir-birinə qarşı zorakılıq zəminində növbəti cinayət hadisəsi qeydə alınıb.

Xəbərdə bildirilir ki, xidmət yoldaşına qarşı zorakılıqda təqsirləndirilən 4 erməni hərbçi istintaqa cəlb olunub. Taborun Artur D. adlı əsgərinə qarşı nizamnamədənkənar hərəkətlərə yol verən Erik Xanperyan, Harutyun Minasyan, Albert Xaçatrayn və Qarnik Xaçatryan hərbi prokurorluğa aparılıblar.

Faktla bağlı araşdırma davam edir.

Mənbə: ordu.az