Türkiyə və ABŞ təhlükəsizlik bölgəsi ilə bağlı işləri sürətləndirdi

Türkiyə və ABŞ təhlükəsizlik bölgəsi ilə bağlı işləri sürətləndirdi

Türkiyənin Şanlıurfa rayonunda amerikalı hərbi nümayəndələrlə toplantı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi nümayəndələr arasında Suriyada təhlükəsizlik bölgəsinin yaradılması istiqamətində görülən işlər müzakirə edilib.

Məlumatda qeyd edilir ki, bir gün öncə də Türkiyə Baş Qərargah Rəhbərliyində də ABŞ nümayəndələri ilə görüş keçirilib.

Qeyd edək ki, daha öncə Türkiyə və ABŞ arasında Suriyada təhlükəsizlik bölgəsinin yaradılması barədə razılıq əldə edilib.

Mənbə: axar.az