Tramp və xanımı 11 sentyabr qurbanlarının xatirəsini yad etdilər

Tramp və xanımı 11 sentyabr qurbanlarının xatirəsini yad etdilər

ABŞ Prezidenti Donald Tramp və ölkənin birinci xanımı Melaniya Tramp Ağ Evdə 11 sentyabr qurbanlarının xatirəsinə həsr olunan mərasimdə iştirak ediblər.

“Report” xəbər verir ki, əvvəlcə D.Tramp və xanımı Ağ Evin qarşısındakı "Cənub çəmənlik"də toplaşan vətəndaşların yanına gedərək matəm sükutunda iştirak ediblər. Daha sonra onlar 18 il əvvəl təyyarənin çırpıldığı Pentaqona gediblər və Prezident qurbanların xatirəsinə həsr olunan nitq söyləyib.

Virtualaz.org xatırladır ki, bu gün "Əl-Qaidə" terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.

Mənbə: virtualaz.org