“Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik”-Macarıstan Prezidentindən tarixi çıxış - VİDEO

Macarıstan prezidenti Viktor Orbanın Türk dövlət başçılarının Qırğızıstanda keçirilmiş toplantısındakı tarixi çıxışının videosu yayılıb.

Turkustan.info xəbər verir ki, Macarıstan prezidenti "Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik” deyə birlik çağırışı edib.

Qeyd edək ki, Macarıstan Türk Konseyində müşahidəçi statusla təmsil olunur. Artıq neçə ildir ki, Macarıstanda Macar-Turan Fondunun təşkilatçılığı ilə Macar-Turan Qurultayları keçirilir.

Milli ideoloqumuz İdeoloqumuz Əli bəy Hüseynzadə hələ yüz il öncə yazırdı:

Sizlərsiniz, ey qövmü-macar, bizlərə ixvan,

Əcdadımızın müştərəkən mənşeyi Turan.

Bir dindəyiz biz, hepimiz haqpərəstan,

Mümkünmü ayırsın bizi İncil ilə Quran…

Turksoy.tv-nin yayınladığı həmin videonu təqdim edirik:

 

Panorama.az

ƏVVƏLKİ XƏBƏR

Balakəndə evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb - FOTO

SONRAKI XƏBƏR

Regionlarda internet niyə bərbaddır ? – İnhisarçılıq, köhnə texnologiya və…