Putinin Ermənistana mümkün səfəri Yerevanda çaşqınlığa səbəb olub

Putinin Ermənistana mümkün səfəri Yerevanda çaşqınlığa səbəb olub

Burada Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasının keçirilməsi barədə qərar var. Bu orqan isə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri səviyyəsində fəaliyyət göstərir

BAKI, 11 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini gözləmək lazımdır. xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Qeyd edək ki, bu ilin oktyabrın 1-də Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası keçiriləcək. İclasda Rusiya liderinin də iştirakı gözlənilir.

"Azadlıq" radiosunun jurnalisti maraqlanıb: Putinin oktyabrda səfərini gözləmək olarmı? Səfir cavablandırıb: "Lazımdır".

Ardınca bu sual səslənib: "Bəs o, gələcək?"

"Sizdə başqa məlumat var? Məndə başqa məlumat yoxdur. Biz Yerevanda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının keçirilməsindən çıxış edirik", - deyə Kopırkin vurğulayıb.

"Azadlıq" radiosunun jurnalisti bir daha səfər barədə qərarın verilib-verilməməsi ilə maraqlanıb.

Kopırkin əlavə edib ki, burada Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasının keçirilməsi barədə qərar var. Bu orqan isə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderləri səviyyəsində fəaliyyət göstərir: "Bildiyim qədəri ilə başqa bir qərar yoxdur".

Xatırladaq ki, daha öncə Putinin Yerevana səfər edəcəyini Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan da bəyan etmişdi.

Mənbə: sputnik.az