DOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİR

DOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİR

İsrail ictimaiyyəti (vətəndaşlar, siyasətçilər, ictimai xadimlər) doğum səviyyəsi və ölkədə əhalinin artım tempi ilə bağlı məsələni ciddi şəkildə müzakirə etməsə, bu göstəricilərin azaldılmasının vacib olduğu dərk etməsə, ətraf mühitin yaxşılaşdırılması ilə əlaqəli istənilən proqram müvəffəqiyyətsizliyə düçar olacaq. “Haaretz” nəşrinin icmalçısı Dan Tamir (Dan Tamir) bu fikirdədir.

Ekologiya və təbii resurslar məsələsində əhalinin artım tempi niyə bu qədər əhəmiyyətlidir? Məqalə müəllifi bu sualın cavabında yaşadığımız maddi dünyanın məhdud olduğunu vurğulayır. Su, torpaq, ərzaq, atmosfer, enerji resursları, eynilə onlardan istifadə imkanları qədər sonsuz deyil. İxtiyarımızda məhdud torpaq miqdarı, enerji ehtiyatları var. Piroq elə də böyük deyil. Gələcəkdə həyat səviyyəsinin kəskin şəkildə pisləşməsini istəmiriksə, onda bu piroqa ümid edən insanların sayını azaltmalıyıq.

Statistik rəqəmlər belədir: 1965-ci ildə İsrail əhalisi təxminən 2,5 milyon olub. O vaxtdan bəri əhali “yaşıl hədd” çərçivəsində 3,5 dəfə artaraq 9 milyonu (2019-cu il avqust məlumatı) keçib. Bura müəyyən dərəcədə İsrailin nəzarətində olan Qərb sahili və Qəzza sektorunun sakinlərini də əlavə etsək, rəqəm 11,5 milyona çatacaq.

Məqalədə deyilir ki, son on ildə ölkə əhalisi hər il 1,8% artır. Bu da təxminən 140 min nəfər deməkdir. Başqa sözlə, hər beş ildən bir İsraildə Rexovotla müqayisə edilə biləcək uşaq şəhəri meydana çıxır. Mərkəzi Statistika Bürosunun proqnozlarına əsasən, yaxın illərdə əhali sayında hər il 1,5% azalma müşahidə ediləcək. Bu halda belə, söhbət yüksək artım tempindən gedir. Bu cür artım İsraili Haiti, Boliviya, Laos, Filippin, Keniya, Honduras kimi ölkələrlə bir sıraya qoyur. İsrail qadınlarının ümumi nəsilvermə (fertillik) əmsalı orta hesabla 2,63 uşaqdır. Bu da demoqrafik sabitliyi qorumağa imkan verən plankadan qat-qat yüksəkdir.

Havanın çirklənməsi, məktəb siniflərində yüklənmə, əmək məhsuldarlığının zəif olması, səhiyyə sistemi və ictimai nəqliyyatın pisləşməsi, resursların tükənməsi – bu prosesdə əhalinin yüksək artım tempi yeganə olmasa da, dominant amildir. Əhalinin azaldılması ilə bağlı ciddi proqram işlənib hazırlanmasa, vəziyyət daha da pisləşəcək.

Mənbə: www.xpressa.net