Senatdan Trampa Ukrayna XƏBƏRDARLIĞI

Senatdan Trampa Ukrayna XƏBƏRDARLIĞI

Prezident Donald Tramp tərəfindən bloklanarsa, ABŞ Senatında təmsil olunan hər iki partiya Ukraynaya hərbi köməyi bərpa etməyə hazır olacaq.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu respublikaçı senator Ron Conson jurnalistlərə bildirib.

Konqres üzvü xatırladıb ki, bu pul artıq ayrılıb. Onun sözlərinə görə, bu vəsait Rusiya təcavüzüylə mübarizə üçün lazımdır.

Xatırladaq ki, avqustda ABŞ prezidenti Ukraynaya hərbi yardıma yenidən baxılması haqqında sərəncam verib. Amerika lideri ayrılan vəsaitin ən yaxşı şəkildə Vaşinqtonun maraqları nöqteyi-nəzərindən istifadə olunduğuna əmin olmaq istəyir. Maliyyə yardımı məsələsini ABŞ-ın müdafiə naziri Mark Esper və prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton (sentyabrın 10-da istefaya göndərilib –red.) həll etməli idilər.

Qeyd edək ki, bu maliyyə ilində Vaşinqton silahların alınması, ordunun təchizatı və şəxsi heyətin təlimi üçün Ukraynaya 300 milyon dollar ayrılıb. 2014-cü ildən bu yana ABŞ təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ukraynaya milyard dollara yaxın vəsati ayırıb.

Mənbə: publika.az