Tramp 11 sentyabrın ildönümünü anırkən Əfqanıstan müharibəsi 18-ci ilinə daxil olur

Tramp 11 sentyabrın ildönümünü anırkən Əfqanıstan müharibəsi 18-ci ilinə daxil olur

Donald Tramp prezident olaraq 11 sentyabr terror hücumlarının üçüncü ildönümünü anırkən, Əfqanıstanda “sonsuz müharibədən” artan narazılığını ifadə edib.

Əl-Qaida terrorçularının dörd ABŞ təyyarəsini girov görürərək Dünya Ticarət Mərkəzinə, Pentaqona və Şenskvill qəsəbəsində çölə çırpmasından 18 il ötür.

Gözəl sentyabr səhərini şok, əzablı kədər və məşum itki ləkələdi.


Sələfləri Corc W. Buş və Barak Obama kimi Tramp da ildönümünü müharibənin davam etdiyi şəraitdə anır.

İldönümünü “Patriot Günü” elan edən Tramp xüsusi bəyanatda amerikalıların terror hücumunu necə xatırladığını qeyd edib.

“Gözəl sentyabr səhərini şok, əzablı kədər və məşum itki ləkələdi,” Tramp bildirib. “Lakin Amerikanın qüdrəti, şücaəti və rəhmi heç vaxt titrəmədi.”

Bayrağın yarıya endirildiyi Ağ Evin həyətində Tramp və xanımı Melania kabinetin onlarla üzvləri ilə bərabər terror qurbanlarının xatirəsini yad ediblər.

Əfqanıstan Amerikanın savaşdığı ən uzun müharibə sayılır

Konqres üzvləri Kapitolidə anım məraismi keçirmiş, vitse prezident Mayk Pens Pennsilvanıyanın Şenksvill şəhərində nitq söyləşmişdir.

Bu günlər Talibanla aparılan sülh danışlqarı Kabildə baş verən terror hücumunun ardınca qəfil dayandırıldı.

Rəy sorğularına görə, amerikalıların çoxu Əfqanıstandakı müharibə səylərini dəstəkləmir.

Pew Araşdırmalar Mərkəzinin hesablamalarına görə, respondentlərin 59 faizi müharibəyə “dəymədiyini”, yalnız 36 faizi isə ABŞ qoşunlarının Əfqanıstandakı mövcudluğunu dəstəkləyir.

Mənbə: www.amerikaninsesi.org