ABŞ-ı sarsıdan hadisə: Bolton İrana görə qurban gedib

İrana sanksiyaları azaltmağı gündəmə gətirən ABŞ lideri Donald Tramp onun bu fikirinə qarşı çıxan milli təhlükəsizlik üzrə müşaviri

Con Boltonun vəzifəsinə son verib.

“Bloombergin” yaxın mənbələrə əsasən yaydığı xəbərə görə, bazar ertəsi günü Ağ Evdəki yığıncaq zamanı Tramp Nyu - Yorkda təşkil ediləcək Birləşmiş Millətlər Təşkilatının toplantısında İran lideri Həsən Ruhani ilə görüşməyi zəmanət altına almaq üçün "sanksiyaları yüngülləşdirməyi" təklif edib.

Maliyyə naziri Steven Mnuchin, beləcə İranla müzakirə yolunun açılacağını ifadə edərək, Trampın bu təklifinə dəstək verib, lakin Bolton şiddətlə qarşı çıxıb.

Buna görə Tramp, uzun müddətdir İran və Venesuela mövzusunda fikir ayrılığı yaşadığı Boltonun vəzifəsinə son verməyi qərara alıb.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Bir sıra ictimai obyektlərin əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat verilib

SONRAKI XƏBƏR

Sabaha olan hava ilə bağlı xəbərdarlıq edildi! - VİDEO