Trampın Boltonu vəzifədən qovmasının səbəbi bəlli oldu

Con Boltonun ABŞ Prezidenti Donald Tramp tərəfindən istefaya göndərilməsinin səbəbi bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Blumberq agentliyi yayıb.

Agentlik qeyd edir ki, Bolton Trampın İran Prezidenti Həsən Ruhani ilə görüşə biləcəyi barədə açıqlamasına sərt reaksiya verdiyi üçün işdən çıxarılıb. Belə ki, ABŞ Maliyyə naziri Stiven Mnuçin Trampın Ruhani ilə görüşməyinə dəstək verib, ancaq Bolton buna şiddətlə qarşı çıxıb və bu qərarın İrana qarşı sanksiyaları yumşaldacağını söyləyib.

Bundan başqa, Trampla Bolton arasında Venesuela barədə də fikir ayrılığının olduğu bildirilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Evra "Yunayted"ə qayıtdı

SONRAKI XƏBƏR

“Çukurova”nın aktrisasından yaya vida - Fotosu