Avropada yeni separatizm təhlükəsi: müsəlmanlar muxtariyyət tələb edirlər

Avropada yeni separatizm təhlükəsi: müsəlmanlar muxtariyyət tələb edirlər

BAKI, 11 sentyabr — Sputnik. Serb müsəlmanlarının Demokratik Hərəkat Partiyası Serbiya və Monteneqro hökumətlərindən iki ölkənin sərhəd rayonlarında onlara xüsusi muxtariyyət statusunun verilməsini tələb edib.

Sputnik Azərbaycan -yə istinadən xəbər verir ki, bunu Demokratik Hərəkat Partiyası bəyan edib.

Serbiyanın cənub-qərbində Kosovo və Metoxiya ilə inzibati xəttin və Monteneqro ilə sərhəd xəttinin yaxınlığında yerləşən Novi Pazar şəhəri yerli boşnakların (müsəlman slavyanların) Sancak adlandırdıqları regionun qeyri-rəsmi mərkəzi hesab olunur. Bu ərazidə və qonşu Syenitsa, Tutin, Priyepole və Nova Varoş şəhərlərində kompakt şəkildə yaşayan müsəlmanlar son illərdə keçirilmiş əhalinin siyahıyaalınmasından boyun qaçırıblar. Onların Serbiyada sayının təxminən 250-300 min nəfər olduğu bildirilir. Çernoqoriyanın bir sıra sərhədyanı ərazilərində də boşnaklar çoxluq təşkil edirlər.

Qeyd olunur ki, Demokratik Hərəkat Partiyası çərşənbə axşamı Serbiyanın, Çernoqoriyanın və beynəlxalq ictimaiyyətin rəsmilərinə Sancakın statusunun həlli ilə bağlı sənəd göndəriblər. Sənəddə Sancaka xüsusi statusun, o cümlədən qanunverici, icraedici və məhkəmə hakimiyyətinin verilməsi nəzərdə tutulub.

Partiyanın sədri Süleyman Uqlyanin isə iddia edir ki, Sancakın əhalisi muxtariyyət statusunu istəyini 1991-ci ildə baş tutmuş referendumda ifadə edib.

Qeyd edək ki, 1991-ci ildən 1995-ci ilədək keçmiş Yuqoslaviyanın ərazisində baş vermiş bir sıra qanlı etnik və dini münaqişələr nəticəsində ölkə süquta uğrayıb.

Keçmiş Yuqoslaviya ərazisində müharibələrdə əsasən bir tərəfdə serblər, o biri tərəfdə isə xorvatlar, bosniyalılar və albanlar bir-birinə qarşı vuruşublar. Bundan başqa, Bosniya və Herseqovinada xorvatlar və bosniyalılar arasında da münaqişə baş verib.

Mənbə: sputnik.az