Heç zaman tətbiq etmədiyimiz gücümüzü göstərərik - Tramp

Heç zaman tətbiq etmədiyimiz gücümüzü göstərərik - Tramp

Hər nə səbəblə olursa-olsun, onlar (Əl Qaidə) ölkəmizə yenidən geri gələrlərsə, olduqları yerə gedər və heç zaman tətbiq etmədiyimiz qədər gücdən istifadə edərik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp 11 Sentyabr hadisələrinin ildönümü ilə bağlı çıxışında deyib.

O, 2001-ci ilin 11 sentyabr səhərində ikinci təyyarənin Əkiz Qüllələrə çırpılması anına şahidlik etdiyini bildirib:

“Həmin an dünyanın dəyişəcəyi qənaətinə gəldim. Bu hücumu güc nümayişi olaraq etdilər. Lakin etdikləri mərhəmətdən uzaq bir zəiflik göstəricisi idi”.

Mənbə: axar.az