Ağ Evin yaxınlığında sirli casus qurğuları –İSRAİL KƏŞFİYYATI TRAMPI İZLƏYİRMİŞ

ABŞ hökuməti bu nəticəyə gəlib ki, son 2 ildə Ağ Evin yaxınlığında və Vaşinqton ətrafındakı digər həssas yerlərdə tapılan mobil telefonlara nəzarət cihazlarının yerləşdirilməsinin arxasında İsrail durur.

Strateq.az “Politico” nəşrinə istinadla xəbər verir ki, bu, məsələni bilən ABŞ-ın 3 sabiq yüksək vəzifəli məmurunun fikridir.

Keçmiş rəsmilərdən birinin sözlərinə görə, Amerika torpaqlarında xarici casusluq hadisələrinin aşkar edildiyi bir çox hallarda fərqli olaraq, Tramp administrasiyası İsrail hökumətini məzəmmət etməyib və İsrail davranışına görə məsuliyyətə cəlb olunmayıb.

“StingRays” adı ilə məşhur olan miniatür nəzarət cihazları məkan və şəxsiyyət məlumatlarını toplıayaraq cib telefonlarını aldatmaq üçün müntəzəm mobil rabitə qüllələrini təqlid edir. Qeyri-rəsmi olaraq onlara beynəlxalq mobil abunəçi identifikasiya aparıcıları və ya IMSI-tutucular deyilir və cihazlar zənglərin və məlumatların istifadəsini əldə edə bilirlər.

Qurğular, ehtimal ki, keçmiş səlahiyyətlilərdən birinin sözlərinə görə, Donald Trampa, eləcə də onun ən yaxın köməkçiləri və ən yaxın silahdaşlarını izləmək üçün nəzərdə tutulub. Amma İsrailin səylərinin uğurlu olub-olmaması bəlli deyil.

“Prezident Trampın Ağ Evdəki təhlükəsizlik protokollarına riayət etməyə laqeyd olduğu iddia edilir”, – deyə yazan ABŞ nəşri qeyd edib: “Politiko” 2018-ci ilin may ayında bildirmişdi ki, prezident tez-tez yaxın adamları və dostları ilə ünsiyyət üçün kifayət qədər etibarlı olmayan bir mobil telefondan istifadə edir.

“New York Times” sonradan, 2018-ci ilin oktyabrında Tramp-ın cib telefonu danışıqlarına “Çin casusları tez-tez qulaq asır” başlığı ataraq, hətta prezidenti bu hadisəni “o qədər səhv məlumatdır ki, ona düzəliş verməyə belə olmayıb” söyləməyə vadar edib.

Federal hökumətin testlərinin bir hissəsi olaraq, Daxili Təhlükəsizlik Nazirliyinin rəsmiləri artıq paytaxtın ətrafındakı müşahidə cihazlarına dair sübutlar aşkar ediblər, lakin cihazları hansı qurumlara aid olduğunu aydınlaşdırmayıblar.

Səlahiyyətlilər nəticələri federal qurumlarla bölüşüblər. DTN-nin yüksək vəzifəli əməkdaşı Kristofer Krebsin 2018-ci ilin mayında senator Ron Vaydenə yazdığı məktubu buna sübutdur”.

Ətraflı məhkəmə-tibb təhlili əsasında, FTB və digər qurumlar İsrail agentlərinin cihazları üst kəşfiyyat və milli təhlükəsizlik vəzifələrində çalışan keçmiş səlahiyyətlilərin məkanlarında yerləşdirdiyinə əmin olublar.

Sabiq rəsmilərdən birinin dediyinə görə, bu təhlil, adətən, FTB-nin əks-kəşfiyyat bölməsi tərəfindən aparılır və bölmə cihazları araşdırır, o cümlədən… “Onların tarixləri haqqında bir az məlumat toplamaq, hissələri və parçalarının haradan gəlməsi, yaşları, onlara daxil olma vasitəsi və s. öyrənmək üçün. Bu tip araşdırmalar üçün Büro tez-tez Milli Təhlükəsizlik Agentliyinə və bəzən Mərkəzi Kəşfiyyat İdarəsinə istimad edir.

Köhnə yüksək səviyyəli bir kəşfiyyat rəsmisi deyib: “İsraillilərin cavabdeh olduqları olduqca aydın idi” dedi.

İsrail səfirliyinin sözçüsü Elad Strohmayer İsrailin cihazları yerləşdirdiyini təkzib edərək bildirib: “Bu iddialar tamamilə cəfəngiyyatdır. İsrail ABŞ-da casusluq əməliyyatları keçirmir”.

Tramp administrasiyasının yüksək vəzifəli bir nümayəndəsi Ağ Evin “təhlükəsizlik və ya kəşfiyyatla əlaqəli mövzularda şərh vermədiyini” söyləyib.

FTB də şərh verməkdən imtina etdi, DTN və Gizli Xidmət şərh istəklərinə cavab verməyib.

Lakin kəşfiyyat məsələlərində dərin təcrübəyə sahib olan keçmiş məmurlar İsrailin iddiasını lağa qoyub.

Keçmiş yüksək səviyyəli kəşfiyyat rəsmisi qeyd edib ki, FTB və digər qurumlar israillilərin cihazlara görə ən çox məsuliyyət daşıdıqları qənaətinə gəldikdən sonra belə Tramp administrasiyası İsrail hökumətini cəzalandırmaq və ya hətta fərdi şəkildə ittiham etmək üçün heç bir tədbir görməyib.

Keçmiş yüksək səviyyəli kəşfiyyat məmuru buna görə administrasiyanı tənqid edib, keçmiş administrasiyaların bu sayaq hallarda ən azı bir dekarş, ya da rəsmi diplomatik töhmət verərək xarici hökuməti qınadığına diqqət çəkib.

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

SONRAKI XƏBƏR

Gürcüstanın hava limanlarında sərnişindaşıma 11% azalıb