Səudiyyə Ərəbistanı kralı Salmanın qızının həbsi ilə bağlı YENİ XƏBƏR

Səudiyyə Ərəbistanı kralı Salmanın qızı, şahzadə Hassa Bint Salman Fransada adam oğurluğuna təşviq etmə və zorakılıq hadisələrinə qarışma maddələri üzrə 10 ay həbsə məhkum edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmədə verilən hökmün icrası təxirə salınıb.

2017-ci ilin dekabrından Fransada haqqında həbs qərarı olan Hassaya 10 min avroluq pul cəriməsi də verilib. Şahzadə özü məhkəməyə qatılmayıb.

Hassanın cangüdəni Səidi Rani evə gələn işçini zorla saxladığı və ona qarşı şiddət göstərdiyi üçün 8 ay həbs, 5 min avro pul cəzası alıb. Cangüdənin də cəzasının icrası təxirə salınıb.

Xatırladaq ki, şahzadə Hassa 2016-cı ildə Parisdəki lüks mənzilində işləmək üçün gətirilən işçini otaqlardan birinin şəklini çəkdiyi və sosial şəbəkələrdə yayacağı ehtimalı üzündən cangüdəninə döydürüb. Zərərçəkmişin sözlərinə görə, əlləri arxadan bağlanmış, dizüstə şahzadənin ayaqlarını öpməyə vadar edilmişdi. Şahzadə isə heç vaxt bu ittihamları qəbul etməyib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Cüdoçularımız Avropa çempionatının birinci günündə üç medal qazanıblar

SONRAKI XƏBƏR

Rusiya XİN: Hər şey Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru getməlidir