Ərdoğanın açıqlaması Merkeli qorxuya saldı: Paytaxta təcili zəng

Ərdoğanın açıqlaması Merkeli qorxuya saldı: Paytaxta təcili zəng

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaçqınların Avropa ölkələrinə keçə bilməsi üçün sərhəd qapılarını aça biləcəyinə dair açıqlama verməsi Almaniya kansleri Angela Merkeli qorxudub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Merkel təcili Ərdoğana zəng edib.

Bu barədə Almaniya hökuməti informasiya yayıb. Bildirilib ki, liderlər telefon danışığında Suriyadan gələn qaçqınların vəziyyəti haqqında müzakirə aparıb. Həmçinin, Suriya və Liviya kimi dünya gündəmindəki mövzular haqqında fikir mübadiləsi aparılıb, Egey dənizi ətrafındakı qaçqınlarla bağlı Türkiyə-Avropa İttifaqı razılaşması çərçivəsində necə bir əməkdaşlıq ediləcəyi məsələsinə baxılıb.

Milli.Az

Mənbə: news.milli.az