NATO PA sədri Gürcüstanın Baş Naziri ilə regiondakı vəziyyəti müzakirə edib

Tbilisi, 12 sentyabr, AZƏRTAC

Tbilisidə səfərdə olan NATO Parlament Assambleyasının sədri Madlen Mun sentyabrın 12-də Gürcüstanın Baş Naziri Georgi Qaxariya ilə görüşüb.

Gürcüstanın Hökumət dəftərxanasından AZƏRTAC-a bildiriblər ki, görüşdə Gürcüstanın Avratlantik strukturlara inteqrasiyası, bu ölkədə həyata keçirilən demokratik islahatlar müzakirə edilib.

Söhbət zamanı regiondakı mövcud problemlər, humanitar vəziyyət, təhlükəsizlik və işğal altında olan ərazilərdəki vəziyyət diqqət mərkəzində olub.

NATO PA sədri regionda sabitliyin bərqərar olması istiqamətində atılan bütün addımları, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiklərini vurğulayıb.

Gürcüstanın NATO-ya inteqrasiyası, hökumətin bu istiqamətdə həyata keçirdiyi islahatlar yüksək qiymətləndirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

SONRAKI XƏBƏR

Kanada Baş nazirinin təyyarəsi avtobusla toqquşdu - VİDEO