Bu, tariximizdə qara ləkə kimi qalacaq - ƏRDOĞAN

Bu, tariximizdə qara ləkə kimi qalacaq - ƏRDOĞAN

39 il ötməsinə baxmayaraq hələ də utanc hissi ilə xatırladığımız 12 sentyabr hadisələri demokratiya tariximizdə qara ləkə olaraq qalacaqdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Feysbuk paylaşımında yazıb.

“O qaranlıq günlərdə qiyamçıların zülmünə, işgəncələrinə məruz qalan, edam edilən vətəndaşlarımızı hörmət və ehtiramla anırıq. Bu millət bir daha 27 may, 12 sentyabr, 28 fevral və 15 iyul olaylarının yaşanmasına icazə verməyəcək. Bizlər hər zaman milli iradəyə və demokratiyaya sahib çıxmağa davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Mənbə: axar.az