Çin və Hindistan əsgərləri arasında gərginlik yarandı

Çin və Hindistan əsgərləri arasında gərginlik yarandı

Eastnews.org-un verdiyi xəbərə görə, Hindistan və Çin əsgərləri arasında iki ölkə sərhədində yerləşən Fili nəzarət xəttindəki Panqonq gölü ətrafında gərginlik yaranıb.

Panqonq gölündə patrul xidmətinə çıxan Hindistan əsgərlərinin buranın üçdə birinə nəzarət edən Çin ordusu əsgərləri ilə qarşı-qarşıya gəldikləri diqqətə çatdırılr.

Vurğulanır ki, gərginlik hər iki ölkənin briqada komandirləri səviyyəsində görüşündən sonra aradan gedib.

Qeyd edək ki, hər iki ölkə müxtəlif illərdə sərhəd bölgəsində tez-tez gərginlik yaşayır.

Mənbə: Türk mediası

Mənbə: eastnews.org