KOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRAR

Baş prokuror Artur Davtyan Smbat Ayvazyana qarşı 2008-2009-cu illərdə çıxarılan məhkəmə qərarı ilə bağlı kassasiya şikayəti verib. Bu barədə “1in.am” saytının köşə yazarı Sarkis Arsruni yazır.

Kentron və Nor Maraş inzibati ümumi yusidiksiya məhkəməsinin 19 noyabr 2008-ci il tarixli qərarına əsasən Ayvazyan Cinayət Məcəlləsinin 235-ci maddəsinin 4-cü bəndi və 316-cı maddəsinin 1-ci bəndi üzrə təqsirli bilinib. O, üstündə yaylı dəyənək daşımaqda ittiham edilib. Cinayət işinin materiallarına əsasən, dəyənək 24 fevral 2008-ci ildə axtarış zamanı aşkarlanıb. Ayvazyan həmçinin onu ekspert mərkəzinə çatdıran polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, onlara müqavimət göstərib, onlarla haqq-hesab çəkəcəyini deyib, polislərdən birinin həyat və sağlamlığına təhlükə kəsb etməyən güc vasitəsindən istifadə edib, bir neçə dəfə sonuncunun sinəsinə yumruqla zərbə endirib. Smbat Ayvazyan bu hərəkətlərinə görə minimal əmək haqqından üç yüz dəfə çox cərimə və iki il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə üzləşib.

Ayvazyan və vəkilləri Apelyasiya məhkəməsinə hökmü şikayət edib. Lakin məhkəmə 27 yanvar 2009-cu il tarixli qərarı ilə şikayəti rədd edib, hökmə heç bir dəyişiklik etmədən olduğu kimi saxlayıb. Kassasiya şikayətinin Apelyasiya məhkəməsinin qərarı ilə bağlı irəli sürülməsinə baxmayaraq, Kassasiya məhkəməsi 15 iyun 2009-cu ildə müdafiəçilərin şikayətini geri qaytarıb.

Ermənistan Ali Şurasının keçmiş deputatı, sabiq dövlət xərcləri naziri Smbat Ayvazyan 2014-cü ildə vəfat edib.

Məqalə müəllifi qeyd edir ki, şübhəsiz, baş prokurorun şikayəti siyasi, mənəvi və heç bir baxımdan beş il əvvəl həyatdan köçən Smbat Ayvazyanın hüquqlarını bərpa etməyə kömək etməyəcək.

Bununla belə, hadisə tarixi xarakter daşıyır və ötən 20 il ərzində törədilən cinayətlərin araşdırılmasına aiddir, əslində, mövcud qanunvericilik çərçivəsində keçid ədalət məhkəməsini həyata keçirir.

Martın 1-i Robert Koçaryan-Serj Sarkisyan tandemi səviyyəsində törədilən cinayət baş verib. Məqsəd Konstitusiya nizamını devirmək yolu ilə kriminal-oliqarx sistemin hakimiyyət müddətini uzatmaq olub.

Bu məqsədə çatmaq üçün nəinki seçkiləri saxtalaşdırıblar, eyni zamanda kriminal oliqarxiyanın özbaşınalığına müqavimət göstərən yüzlərlə insanı repressiyalara məruz qoyublar. Keçmişdə törədilən cinayət işlərinin hamısı araşdırılmalı, qanuni xarakter daşımayan, sadəcə hakimiyyəti qəsb edən qrupun maraqlarına xidmət edən hökmlərin hamısı ləğv edilməlidir.

Jurnalist yazır ki, bu gün Smbat Ayvazyanın timsalında “Ermənistan termidorallığı” adlanan qələbədən sonra hüquqları tapdalanan minlərl insana bəraət verilir.

“Ayvazyan Dağlıq Qarabağ müharibəsinin parlaq simalarından biri, 27 oktyabrdan sonra rus vassalı rejimi tərəfindən yaradılan kriminal oliqarxiyanın qatı rəqiblərindən birinə çevrilən Vazgen Sarkisyanın yaxın silahdaşlarından olub.

Ayvazyanın bəraət prosesi böyük siyasi əhəmiyyətə malikdir.

Robert Koçaryan, Serj Sarkisyan və başqalarının hökmlərini tamamlamaq üçün köhnə sistemin cinayətkar mahiyyəti ilə bağlı ümumi nəticəyə gəlmək lazımdır.

Kriminal oliqarxiyanı qiymətləndirmək, Ermənistanda demokratiyanı dönməz etmək üçün dövlət səviyyəsində leqal hökmlərlə keçmişdə siyasi repressiyalarda baş vermiş nəticələri aradan qaldırmaq lazımdır.

Nəhayət, prosesin əxlaqi komponenti var. Uzun illər ictimaiyyətə yalançı qəhrəmanlar – boynuyoğun məmurlar, yarı savadlı oliqarxlar sırınıb. Tarixi ədaləti bərpa etməyin vaxtı yetişib. Dövlət və cəmiyyət dövlətin və qələbənin mənbəyində duran, qürurlu vətəndaş obrazına qiymət verən insanları lazımınca dəyərləndirməlidir. Smbat Ayvazyan onlardan biridir”, - məqalədə deyilir.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

Putin İsrail prezidentinin təklifini qəbul etdi

SONRAKI XƏBƏR

BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏK