ABŞ-dan Pxenyana çağırış: Danışıqlara qayıt!

ABŞ-dan Pxenyana çağırış: Danışıqlara qayıt!

ABŞ tərəfinin hələ ki, Şimali Koreya rəsmiləri ilə görüşü yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.

“Bizim Şimali Koreya tərəfi ilə elan edəcəyimiz görüş yoxdur. Buradan bütün dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, raket buraxılışı kimi provokasiyalar danışıqlar üçün yaxşı hal deyil. Biz Şimali Koreyaya danışıqlar masasına qayıtması yönündə çağırış edirik”, - deyə diplomat bildirib.

Qeyd edək ki, 2 gün öncə Şimali Koreya lideri Kim Çen İn raket sınağını izləmişdi.

Mənbə: axar.az