Türkiyə Vitse-prezidenti Bakıya gəlib

Türkiyə Vitse-prezidenti Bakıya gəlib

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

F. Oktayı Baş Nazirin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: apa.az