Taliban Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Əfqanıstanda humanitar yardımlarını bərpa edib

Taliban Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Əfqanıstanda humanitar yardımlarını bərpa edib

Taliban Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Əfqanıstanda humanitar yardımlarını dayandırması qərarını ləğv edib.

Təşkilatın sözçüsü yardım əməıiyyatlarının bərpa edildiyini təsdiqləyib.

Taliban bu yardım təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətlərinə aprel ayında qadağa tətbiq etmişdi.

Bu təşkilatlar vaksinasiyası kampaniyası adı altında şübhəli fəaliyyətlərdə günahlandırılırdı.

Bu gün açıqlanan bəyantda Ümumdünya Səhiyyə Təşkilatının adı çəkilmir.

Təşkilat Əfqanıstanda polioimelit vaksinasiyası kampaniyası aparırdı. Əfqanıstan bu epidemik xəstəliyin yayıldığı bir neçə ölkədən biridir.

Taliban Əfqanıstanın 410 rayonunun yarısından çoxuna nəzarət edir.

Mənbə: www.amerikaninsesi.org