Zakir Həsənov ilk dəfə pilot Atakişiyevdən danışdı – Şok detallar

Zakir Həsənov ilk dəfə pilot Atakişiyevdən danışdı – Şok detallar

Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunubdur.

Axar.az xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan “Mir Şahin vaxtı” verilişində MiQ-29-un qəzaya uğraması və pilot Rəşad Atakişiyevin həlak olması ilə bağlı Mir Şahinin suallarını cavablandırarkən deyib.

General bildirib ki, pilot Rəşad Atakişiyev yüksək hazırlıqlı peşəkar olub:

“Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər çalışıb.

İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini göstərəcəkdi. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü.

Pilotun son ana qədər təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot zədə almışdı.

Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər”.

Yenilənəcək…

Mənbə: axar.az