Azərbaycan torpağı PKK tərəfdarına verilmir - Ləğv

Azərbaycan torpağı PKK tərəfdarına verilmir - Ləğv

Güney Azərbaycanın Urmiya şəhərində bəzi ərazilərin iraqlı radikal kürdə verilməsinə qarşı etirazlardan sonra prokurorluq müqaviləni ləğv edib.

Axar.az xəbər verir ki, ərazinin PKK tərəfdarı kimi tanınan Məhəmməd Əmin Novruziyə verilməsində Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyaridən əlavə, Urmiya Bələdiyyə İdarəsinin məsullarının da rol oynadığı bildirilib.

Məlumata görə, prokuror bələdiyyə başçısından tərəflər arasında bağlanan müqavilənin ləğv olunmasını tələb edib.

“Əhalinin hüquqlarının tapdalanması və etnik gərginliyinin qarşısını almaq məqsədi ilə əhalinin hüquqlarına nəzarət qaydalarının 2-ci maddəsinə əməl olunmalıdır. Sözügedən ərazinin yerli və ya xarici yatırımçıya buraxılmasından imtina edilsin və bu barədə Şəhər Prokurorluğuna məlumat verilsin”, - prokuror vurğulayıb.

Mənbə: axar.az