Trampın müşaviri ABŞ və İran prezidentlərinin görüşü imkanından danışıb:"Vacib şərtlər olmalıdır"

Trampın müşaviri ABŞ və İran prezidentlərinin görüşü imkanından danışıb:"Vacib şərtlər olmalıdır"

Rəsmi Vaşinqton və Tehran arasında münasibətlərin növbəti gərginliyinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasının gedişatında iranlı həmkarı Həsən Ruhaniilə görüşü hələ istisna etmir.

Bu barədə Donald Trampın müşaviri Kellienn Konuey “Fox News” telekanalının efirində bildirib.

Konueyin sözlərinə görə, Tramp görüş imkanına baxmağa hazırdır.

“Amma prezidentin saziş bağlaması və ya görüşdə iştirak etməsi üçün həmişə vacib şərtlərin olması zəruridir”, – deyə Konuey əlavə edib.

“Tramp bilir ki, əgər maksimal təzyiq kampaniyası, İranın nüvə sazişindən çıxması, bir neçə gün əvvəl maliyyə naziri və dövlət katibi tərəfindən Ağ Evdən elan edilən yeni sanksiyaların elan edilməsi də daxil olmaqla, bu münasibətlərə aid olan müzakirəyə ehtiyac y yoxdursa, insanlarla görüşmək lazım deyil”, – Konuey əlavə edib/Report.

Mənbə: strateq.az