Avropa Rusiyanı enerji bazarından çıxarır - Ekspert

Avropa Rusiyanı enerji bazarından çıxarır - Ekspert

Avropa Məhkəməsinin OPAL qaz boru xətti ilə bağlı qərarı siyasidir və qaz tədarükçüsü olan Rusiyanın nüfuzuna xələl gətirilməsinə hesablanıb.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Sergey Kalaşnikov deyib. O bildirib ki, məhkəminin qərarı “Qazprom”un imicinə ziyan verir:

“Avropa Ədalət Məhkəməsinin qərarı açıq şəkildə Avropadakı qaz istehlakını məhdudlaşdırmaq məqsədi güdür. Bu durum eyni zamanda Avropadakı istehlakçılar üçün də təhlükə yaradır. Bu məhkəmənin siyasi hədəfləri avropalıların mənafeyinə zidddir. Üstəlik, qış mövsümunun başlanğıcında belə qərarın verilməsi vəziyyəti daha da gərginləşdirir”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Avropa Məhkəməsi “Qazprom”un OPAL qaz boru xətti ilə qaz nəqlini məhdudlaşdıran qərar qəbul edib. Almaniya üçün Alternativ Partiyasının üzvü Robbi Şuland Avropa Məhkəməsinin Rusiyanı Avropa enerji bazarından çıxarmağa çalışdığını söyləyib.

Mənbə: axar.az