Türkiyənin Vitse-prezidenti: "Türk şəhidlərinin fədakarlığı qardaşlığımız üçün bu gün də körpü rolunu oynayır"

Türkiyənin Vitse-prezidenti: "Türk şəhidlərinin fədakarlığı qardaşlığımız üçün bu gün də körpü rolunu oynayır"

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, F. Oktay daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini anıb. Türkiyə şəhidliyini də ziyarət edən F. Oktay deyib ki, Azərbaycanın müstəqilliyi üçün canlarından keçən türk şəhidlərinin fədakarlığı qardaşlığımız üçün bu gün də körpü rolunu oynayır. Türkiyənin vitse-prezidenti bütün şəhidlərə rəhmət diləyib.

Mənbə: apa.az