Azərbaycan XİN Meksikanı Müstəqillik Günü münasibətlə təbrik edib

Azərbaycan XİN Meksikanı Müstəqillik Günü münasibətlə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksika Birləşmiş Ştatlarını Müstəqillik Günü münasibətlə təbrik edib.

APA-nın xəbərinə görə bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.

“Meksika Birləşmiş Ştatlarını Müstəqillik Günü münasibətilə təbrik edirik. İnanırıq ki, Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı bundan sonra da davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcək”, - təbrikdə deyilir.

Mənbə: apa.az