Çin ABŞ-a sərt xəbərdarlıq etdi

Çin ABŞ-a sərt xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Çin Xalq Respublikası Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarına məxsus döyüş gəmisinin tez bir zamanda Cənubi Çin dənizini tərk etməsini tələb edib.
Bununla bağlı Çin Xalq Respublikası Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, ötən həftənin cümə günü Çin hökumətindən icazəsiz şəkildə Cənubi Çin dənizinə daxil olan ABŞ-ın "Meyer" döyüş gəmisi hələ də bölgədədir.
Diqqətə çatdırılıb ki, ABŞ sərbəst gəmiçilik bəhanəsilə Çinin suverenliyini pozur və təhdid edir.
Qeyd olunur ki, ABŞ müvafiq addım atmasa, Çin sərt addımlar atacaq.

Mənbə: eastnews.org