Berlin və London neft obyektlərinə hücumlara birgə cavab verəcəklər

Bakı, 17 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş Naziri Boris Conson və Almaniyanın Federal Kansleri Angela Merkel arasında telefon danışığı zamanı Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlara “kollektiv cavab” verilməsi barədə razılıq əldə olunub. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, iki ölkənin liderləri bu hücumları müzakirə edərək beynəlxalq tərəfdaşlarla birgə fəaliyyət göstərmək və kollektiv cavab verilməsini təmin etmək barədə ortaq məxrəcə gəliblər.

Birləşmiş Krallığın hökumətinin bəyanatında deyilir: “İran məsələsində birgə yanaşma tərzi nümayiş etdirmək və regionda vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görmək qərara alınıb. İki lider Brexit məsələsini, o cümlədən oktyabrın 31-də Londonun Avropa İttifaqını sazişsiz tərk etməsi ehtimalını da müzakirə edib. Boris Conson ümidvar olduğunu bildirib ki, Böyük Britaniya və Avropa İttifaqı bu məsələdə razılığa gələcək və parlament həmin razılaşmanı təsdiq edəcəkdir. Bununla da oktyabrın 31-də Brexit üzrə gözlənilən mühüm addım atılacaq”.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasında açılışlar olub - VİDEO

SONRAKI XƏBƏR

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır