“Qarabağ uğrunda intellektual, diplomatik və fiziki savaşa hazır olmalıyıq”

“Qarabağ uğrunda intellektual, diplomatik və fiziki savaşa hazır olmalıyıq”

Fazil Mustafa: “Əsas məqsəd tariximizi bilən, savadlı və vətənsevər insanlar yetişdirmək olmalıdır”

Təhsil Nazirliyi orta məktəblərin7-ci sinif şagirdləri üçün “Qarabağ tarixi” dərsliyi yenilənmiş şəkildə yenidənçap edilib. AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri,görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyevin müəllifiolduğu kitabda Qarabağın tarixi, mədəniyyəti və s. haqqında müfəssəl məlumat verilib.

Qarabağın işğal altındaqaldığı indiki dönəmdə Qarabağ tarixinin orta məktəblərdə tədrisi millimaraqlarımız baxımından ikiqat əhəmiyyət kəsb edən bir hadisə hesab edilə bilərmi?

Moderator.az-a açıqlamaverən millət vəkili Fazil Mustafa tarixi bilməyin önəmini qeyd etməklə yanaşı,bütövlükdə savadlı və vətənsevər şəxsiyyət yetişdirməyin əhəmiyyətinə diqqət çəkdi:

“Bütün hallarda tarixinöyrənilməsi, həm də doğru öyrənilməsi önəmlidir. Bir xalq olaraq Qarabağ bizim ənhəssas yerimizdir. Çünki Qarabağ itirdiyimiz bir dəyərdir. Qarabağ elə bir dəyərdirki, onu heç nə ilə əvəz etmək mümkün deyil. Onsuz da uşaqların hamısındaQarabağ problemi, onun işğalı, Qarabağın ölkəmiz üçün əhəmiyyəti ilə bağlı az vəya çox dərəcədə təsəvvür var. Bununla belə, Qarabağın tarixini öyrətmək, məktəbliləribu problem, onun həlli yolları ilə bağlı düşünməyə vadar etmək faydalıdır. Ümid edirəm ki, uşaqlar Qarabağıntarixini daha dərindən mənimsəyə biləcək və daha çox bilgi əldə edəcəklər.

Bacardıqca uşaqları məktəbəbağlayan stimullaşdırıcı addımları gücləndirməliyik. Burada söhbət sadəcəQarabağın tarixini öyənməkdən gedir. Onsuz da Qarabağı sevən, ölkəmizi sevəninsanlar vətənin bir parçası kimi Qarabağın da tarixi ilə maraqlanır və öyrənirlər.Lakin Qarabağ uğrunda həm intellektual, həm diplomatik, həm də fiziki savaşahazır olmalıdırlar. Bunun üçün isə mütləq müasir texnologiyanı yaxşı mənimsəyənsavadlı gənclərə ehtiyac var. Qarabağ tarixini öyrənmək işin bir tərəfidir.Uşaqlarımız tariximizi nə qədər dərindən bilsə, bu, bir o qədər faydalı olar.Lakin bu, işin cüzi bir hissəsidir. Əsas iş vətənsevər və savadlı azərbaycanlıolmaqdır. Əgər biz bu obrazı yarada bilməsək,o zaman uğur qazana bilməyəcəyik. Bizim düşməndən sayca çox olmağımız heç nəyidəyişməyəcək. Önəmli olan kəmiyyət deyil, keyfiyyət göstəricisidir. Bu gün yəhudilərmünaqişədə olduqları ərəblərdən sayca dəfələrlə az olmalarına baxmayaraq,dünyada daha üstün mövqeyə malikdirlər. Əsas problem bununla bağlıdır. Buna görədə biz əsas diqqətimizi məhz bu amilə yönəltməliyik. Tariximizi öyrənməkləyanaşı, həm də bu ideyanı məktəblilərə təlqin etməliyik”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az