Baş Nazir ərəb iş adamlarını Kəşmirə dəvət etdi

Baş Nazir ərəb iş adamlarını Kəşmirə dəvət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreynə səfər edən ilk Hindistan Baş Naziri olaraq da tarixə düşən Narendra Modi daha sonra Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Narendra Modi bu ölkələrə səfərindən sonra jurnalistlərə açıqlama verib.

O, açıqlamasında vurğulayıb ki, BƏƏ-dən və Bəhreyndən olan iş adamları Cammu və Kəşmir bölgəsindəki keçiriləcək biznes sammitinə dəvət olunublar.

Qeyd edək ki, Cammu və Kəşmir bölgəsində oktyabr ayında biznes sammitinin keçirilməsi planlaşdırılır.

Mənbə: eastnews.org