Ərdoğan-İmamoğlu yarışı: Kim qalib gələ bilər? - Sorğu

Ərdoğan-İmamoğlu yarışı: Kim qalib gələ bilər? - Sorğu

Türkiyəlilərin 39,1%-i prezident seçkisi olacağı təqdirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səs verəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu nəticə ADA şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 28,6%-i prezidentliyə namizəd olacağı təqdirdə İstanbul meri Əkrəm İmamoğlunu dəstəkləyəcəyini deyib.

HDP lideri Səlahəddin Dəmirdaş 8%, İYİ Partiyasının rəhbəri Maral Akşənər 6,8%, MHP rəhbəri Dövlət Baxçalı 6,5%, Əli Babacan 4,2%, Əhməd Davudoğlu 2,3%, Məhərrəm İncə 2%, Kamal Kılıçdaroğlu 0,5% toplayıb.

Bu bazar seçki olacağı təqdirdə respondentlər hansı partiyalara səs verəcəklərini də açıqlayıblar. Belə ki, siyahıda AKP (37,5%), CHP (22,8%), MHP (9,5%), HDP (9%), İYİ Partiyası (7%), Səadət Partiyası (0,7%) yer alıb. Əhalinin 11,5%-i qurulacaq yeni partiyaya (Babacanın partiyası – red.) səs verəcəyini bildirib.

Mənbə: axar.az