NATO-A QISA YOL VARMI?

NATO-A QISA YOL VARMI?

Buxarest sammitinin üzərindən 11 il keçib. NATO isə əvvəlki kimi uzaq görünür. Gürcüstan Konstitusiyası ölkənin hansı istiqamətdə irəliləməli olduğunu açıq şəkildə elan edir: AB və NATO ilə tam inteqrasiyaya doğru. Qoça Mirsxulava “Qruziya Online” portalında yazır.

“NATO-nun keçmiş baş katibi Anders foq Rasmussenin (Anders Fogh Rasmussen) NATO nizamnaməsinin beşinci maddəsinin işğal edilmiş ərazilərə şamil edilmədən Gürcüstanın alyansa qoşulması ehtimalını müzakirə etməyin əhəmiyyəti haqqında Tiflisdə səsləndirdiyi bəyanat çoxlu sual doğurub. Ancaq Rasmussen beşinci maddəni xatırlatmadan öncə belə bir ifadə işlədib: “Gürcüstan gələcəkdə NATO-nun üzvü olmaq istəyirsə, korrupsiya ilə mübarizəyə, zəmanətli söz və ifadə azadlığına, azlıqların müdafiəsi istiqamətində demokratik islahatları davam etdirməlidir”. Yalnız bundan sonra işğal edilmiş ərazilər haqqında bəyanat verilib”, - məqalədə deyilir.

Jurnalist, tarixçi Dato Qamselidze haqlı olaraq qeyd edir: “Beşinci maddənin hara şamil ediləcəyinin bura nə dəxli var? MAP ki, heç nəyi pozmur? MAP NATO nizamnaməsinin heç bir maddəsinin Gürcüstana şamil edilməsini pozmur! MAP məhz ölkənin tamhüquqlu alyans üzvü olmadan öncə problemin həlli üzrə böyük və mürəkkəb işin öhdəsindən gəlməli olduğunu göstərir. Hələlik bizə MAP verin, yəni bizi namizəd kimi tanıyın, sonra “yol xəritəsi” çərçivəsində başqa məsələləri müzakirə edək”.

“Niyə NATO uzaq işdir? Çünki Rasmussenin bəyanatı nəticədir. Əgər yuxarıda sadalanan məsələləri – dövlət-vətəndaş münasibətinin dərk edilməsini, azadlıq ideyalarını bir kənara qoysaq, guya bütün bunlar ən yaxşı vəziyyətdədir, onda gündəliyə çoxlu başqa məsələ çıxacaq. İlk növbədə, işğal altında olan ərazilərə münasibət məsələsi. Bizim atdığımız addımlar və yürütdüyümüz siyasət necədir? Faydalı idiotizm!!! Hal-hazırda rus-abxaz və rus-osetin düşməndir. Və ötən günlərin xatirəsi, ayrı-ayrı insanların hissləri, qohumluq əlaqələri heç nəyi dəyişmir”, - jurnalist yazır.

Məqalə müəllifi məsələyə hərbi-strateji və siyasi prizmadan baxmağı təklif edir: “NATO nə etməlidir? Əlbəttə, beşinci maddəni əlində rəhbər tutaraq müharibə başlatmalıdır! Bunu alyansın nizamnaməsi tələb edir. Başlayacaqmı? Yəni üçüncü dünya müharibəsini Gürcüstanda başladacaq? Yox. Niyə? Əgər müharibəni başlatmaq lazımdırsa, bunun üçün də NATO lazımdır. Onlar ki axmaq deyillər, onların belə bir sadə sualı meydana çıxır: eyni şeyi Rusiya edəndə niyə müharibə başlatmırdınız?”.

Mirsxulava işğal edilmiş ərazilərin təcrid siyasətini başlatmaq lazım gəldiyini qeyd edir: “Humanitar missiyanı dayandırmaq lazımdır. O tərəfdə qalan gürcülərə dəqiq şəkildə başa salmaq lazımdır ki, Gürcüstanın nəzarətində olan torpaqlara qayıtsınlar, geri qayınlara yaxşı şərait yaratmaq, hər cürə yardım göstərmək lazımdır”.

“Təcrid siyasəti üzrə müzakirələrin birində məndən soruşdular ki, bəs İnqursk su elektrik stansiyası ilə nə edək? Çıxış yolu çox sadədir. Onu beynəlxalq tender üzrə uzunmüddətli idarəyə verməliyik. Stansiyanın fəaliyyətinin monitorinqini isə AB-nin müvafiq komissiyası həyata keçirməlidir. Bu da müəyyən mərhələdə rutin işdir, ancaq əlçatandır”, - məqalə müəllifi hesab edir.

“NATO-a qısa yol elə budur. Bu, artıq otuz ildir heç bir nəticə verməyən axmaq dialoq deyil, dövlətin identikliyini nümayiş etdirən addımdır. Qısacaası, NATO üzvlüyü adlanan bu tamaşanı, misteriyanı işə, artıq bu gün başlamalı olduğumuz işə çevirməliyik. Ola bilsin, bu iş çox ciddi, hətta amansız olacaq, lakin siyasətdə hisslərə yer yoxdur. Siyasət həmişə qəddardır. Bu halda nəticə, Rasmussenin bizə dediyi kimi, NATO-dur!”, - məqalənin sonunda deyilir.

Mənbə: www.xpressa.net