Sergey Lavrov: "ABŞ-ın sanksiyaları insanları hədəfə alır"

Sergey Lavrov: "ABŞ-ın sanksiyaları insanları hədəfə alır"

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ sanksiyalarının adi insanların rifahına, iqtisadi və sosial hüquqlarına birbaşa təsir etdiyini söyləyib.

Sergey Lavrov "Rusiya dünya siyasətində" adlı məqaləsində bildirib ki, Qərb ölkələri liberal dəyərləri müdafiə edərkən sanksiya siyasətinə müraciət ediblər:

"Qərb ölkələrinin diqqət mərkəzində gördükləri və müdafiə etdikləri liberalizmlə bağlı suallarımız var. Bu iddianın iqtisadi sanksiyalara və boğulma siyasətinə necə uyğun olması, İran, Kuba, Venesuela və Suriyanı da əhatə edən bir sıra müstəqil dövlətlərə qarşı hərbi təhdidlərin necə olması sual yaradır. Çünki sanksiyalar iqtisadi, sosial rifaha və hüquqlara birbaşa təsir edir. ABŞ Rusiya ilə Çini bölməyə çalışır. Beynəlxalq hüququn hüquqi bazasının möhkəmliyinin azalmasını, dünyada qeyri-sabitliyin artmasının, ölkələr arasında inamsızlığın şahidi oluruq".

Mənbə: eastnews.org