Məhəmməd ibn Salman Cənubi Koreyadan yardım istədi

Məhəmməd ibn Salman Cənubi Koreyadan yardım istədi

Eastnews.org-un verdiyi xəbərə görə, Cənubi Koreya mediası Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin Cənubi Koreyadan hava hücumundan müdafiə sistemini gücləndirməsində kömək istədiyini yazıb.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Seuldan ər-Riyada hava hücumundan müdafiə sistemini gücləndirməsində yardımçı olmağı istəyib.

Həmçinin bildirilir ki, tərəflər məsələ ilə bağlı əlavə məsləhətləşmələr və müzakirələr aparmaq barədə razılığa gəldilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Cənubi Koreya hər ikisi ABŞ-ın müttəfiqidir.

Mənbə: eastnews.org