“ABŞ-ın Yaxın Şərqə qoşun göndərməsi ağılsızlıqdır” - ŞƏRH

“ABŞ-ın Yaxın Şərqə qoşun göndərməsi ağılsızlıqdır” - ŞƏRH

“ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanına güman edilən hücumu ilə əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsi çox ağılsızlıqdır”.

Bunu Cebhe.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib:

“Amerika səhvə yol verir. İstərdim ki, İran onu ağıllandırsın. Çünki Trampın son hərəkətləri onda “Müvəffəqiyyətdən başgicəllənmə” yaradıb. Tramp elə bilir ki, İran da onun üçün Yəmən, Tunis, Suriya və ya hansısa bir ərəb ölkəsidir. İran uzun illərdir Amerikaya xəbərdarlıq edir. İndi ABŞ-ın Yaxın Şərqə əlavə qoşun göndərməsi ağılsızlıqdır. “İranın 15 strateji hədəflərini vuracağam” kimi fikirlər Trampın böyük səhvi ola bilər.

Çünki İran dini dövlətdir və vətəni uğrunda ölməyə çoxdan razıdır. Lakin ABŞ üçün vəziyyət fərqlidir. İran onsuz da uzun illərdir sanksiyalarla yaşayır və elə bir iqtisadi çöküş vəziyyətinə gəlməyib. Hələ də İran öz ayaqları üzərindədir. Hər halda Tramp o riski etməyəcək. Tramp şoumendir və siyasi bleflər etməyi xoşlayır. Lakin İrana qarşı bu bleflər keçmir. ABŞ bu günə qədər İrana sarsıdıcı zərbələr vurmayıb və vurmaq iqtidarında da deyil”.

Əli Bədir
Cebhe.info

 

 

Mənbə: cebhe.info