Gürcüstandan Ermənistana TƏBRİK — Tbilisidəki televiziya qülləsində erməni bayrağı əks olundu (FOTOLAR)

Gürcüstandan Ermənistana TƏBRİK — Tbilisidəki televiziya qülləsində erməni bayrağı əks olundu (FOTOLAR)

Tbilisidəki teleqüllə erməni bayrağını əks etdirən üçrəngli işıqlarla bəzədilib.

Demokrat.az xəbər verir ki, Ermənistanın Müstəqillik Günü münasibətilə Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi erməni bayrağını əks etdirən üçrəngli işıqlarla bəzədilib.

Ermənistanın Gürcüstandakı səfirliyinin Facebook səhifəsində bununla bağlı şəkil də paylaşılıb.

Məlumatda deyilir ki, ötən il də Tbilisi televiziya qülləsində erməni bayrağını əks etdirən rənglər işıqlandırılıb.(konkret.az)

Mənbə: demokrat.az