Mahabad həbsxanasında 11 məhbusu edam gözləyir

Hüquq müdafiəçiləri Qərbi Azərbaycan vilayətinin cənubunda yerləşən Mahabad şəhərinin həbsxanasında edama məhkum olunan məhkumların siyahısını yayıblar.

İran İnsan Haqları Təşkilatının (İran HR) bildirdiyinə görə, Mahabad Zindanında hazırda 11 məhbus ölüm hökmünü gözləyir.

Yayılan məlumatda məhbusların dördü narkotik maddə qaçaqmalçılığı, yeddisi isə qətl ittihamı ilə mühakimə olunublar.

İran HR edam hökmünü gözləyən məhbuslardan biri, Seyyid Daniyal Zeynalabdinin uşaq olduğunu bildirib. O, qətldə təqsirləndirilib.

Rəsmi adı Mahabad, amma əhalinin Savucbulaq (Savblaq) adlandırdığı şəhərin təqribən 200 min əhalisi var. Əhalinin əksəriyyətini kürd icması təşkil edir.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

İsmayıllıda YAP ilk təşkilat sədrlərinin bölgə müşavirəsi və gənclərlə görüş olub - FOTOLAR

SONRAKI XƏBƏR

Mahir Emrelnin evini qarət edən yeniyetmələr açıqlama veriblər - VİDEO