Torpağını döyüş meydanına çevirmək istəyən buyursun - İran

Torpağını döyüş meydanına çevirmək istəyən buyursun - İran

İran onunla müharibə etməyi planlaşdıran ölkələrə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə əlavə hərbi texnika göndərməsinə münasibət bildirən İran İslam İnqilabı Keşikçilər Korpusunun rəhbəri Hüseyn Səlami İranla müharibə başladan ölkənin torpağının döyüş meydanına çevriləcəyini söyləyib.

"Hər cür hücumlara qəti cavab verəcək iradəyə sahibik. Ərazisinin döyüş meydanına çevrilməsini istəyən buyursun. Biz əsla müharibənin öz torpaqlarımıza sıçramasına icazə vermərik", - H. Səlami bildirib.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə müdafiə imkanlarını gücləndirmək məqsədilə əlavə hərbi texnika göndərəcək.

Mənbə: axar.az