Deputatımız MDB-nin tədbirinə qatılacaq

Deputatımız MDB-nin tədbirinə qatılacaq

Milli Məclisin deputatı Rasim Musabəyov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a bildirilib ki, tədbirdə MDB PA yanında müşahidəçi statusu haqqında əsasnamə layihəsi ilə əlaqədar təkliflərə baxılacaq, MDB-yə üzv ölkələrin nümayəndə heyətlərinin QDİƏT PA, AŞPA, ATƏT PA-nın işində birgə fəaliyyəti, regionla bağlı bir sıra aktual məsələlər müzakirə ediləcək, həmçinin, Qazaxıstanda keçirilmiş prezident seçkiləri barədə məlumat veriləcək. Səfər oktyabrın 11-də başa çatacaq.

Mənbə: olaylar.az