Köçəryan Paşinyana meydan oxudu: - “Həbsxanadan da mübarizəni davam etdirməyə qərarlıyam”

Köçəryan Paşinyana meydan oxudu: - “Həbsxanadan da mübarizəni davam etdirməyə qərarlıyam”

8 oktyabrda Qarabağdakı separatçı hərəkatın liderlərindən biri, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın növbəti müraciəti yayılıb.

Eurasia Diary erməni mediasına istinadən xəbər verir ki, həbsdə olan eks-prezident onun azadlığını tələb edən tərəfdarlarına xitab edib. Köçəryan hakimiyyətin özbaşınalığını tənqid edərək onun sərbəst buraxılmasını tələb edib.

O, Ermənistanda və Dağlıq Qarabağda müxtəlif adamların onun “siyasi motivlərlə” həbs olunduğunu bəyan edərək birgə etiraz səsini qaldırdıqlarını iddia edib. R.Köçəryan Ermənistan vətəndaşlarına, həmçinin erməni diasporuna, sosial şəbəkələrdə və digər platformalarda onu dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

“Mən istəyirəm ki, siz biləsiniz, mən hətta həbsxanadan da mübarizəni davam etdirməyə qərarlıyam. Mənimçün sadəcə gülməlidir, bəzi adamlar düşünürlər ki, təcridxana məni prinsiplərimdən, hələ 1988-ci ildən – Qarabağ hərəkatının ilk günlərindən həyata keçirməyə çalışdığım siyasi məqsədlərdən imtinaya vadar edə bilər”, R.Köçəryan bəyan edib və bununla da əbədi düşməni Nikol Paşinyana meydan oxuyub.

Qeyd edək ki, R.Köçəryan bu bəyanatı Rusiya prezidenti onun arvadı Bella Köçəryan ilə İrəvanda görüşdükdən və ardınca eks-prezident Putinə ad günü təbriki yolladıqdan sonraya təsadüf edir. (musavat.com)

Mənbə: ednews.net