Almaniyada yerləşən NATO aviabazası haqqında bir neçə söz

Almaniyada yerləşən NATO aviabazası haqqında bir neçə söz

“Spangdahlem” Almaniyanın Reynland-Pfalts vilayətinin Spangdahlem şəhərinin yaxınlığında, Bitburq, Trier və Vitlic şəhərləri arasında yerləşən əsas icarəçisi ABŞ Hərbi Hava Qüvvələri olan NATO aviabazasıdır.

“Spangdahlem” 24 ədəd “Lockheed Martin” tərəfindən istehsal olunan “Block 50” F-16-larının yerləşdiyi ABŞ HHQ-nin 52-ci döyüş qanadıdır.

Eskadriliya münaqişə vəziyyətində “Wild Weasel” kimi düşmən hava hücumundan müdafiə sistemlərinin radar və yerüstü-hava raket qurğularını məhv etmək vəzifəsini yerinə yetirir.

Bundan əlavə, “Spangdahlem” hava nəqliyyatı missiyasının bir hissəsi olaraq yük daşımalarını dəstəkləyir.

Aviabazada 4000 ABŞ hərbçisi, 1000 mülki şəxs və təxminən eyni sayda onların ailə üzvləri var.

Aviasiya bazası 1951-1953 illəri arasında Fransa hərbçiləri tərəfindən inşa edilib və 90-cı illərin əvvəllərində ABŞ-a verilib.

Aviabaza yaxınlığında qəzalar

2006-cı il sentyabrın 11-də aviabazanın yaxınlığında F-16 qırıcısı uçuş zamanı dirəyə çırpılıb. Pilot katapult edərək sağ qalıb.

2011-ci il aprelin 1-də ABŞ HHQ-yə “Fairchild A-10C Thunderbolt II” təyyarəsi bazadan 25 kilometr aralıda qəzaya uğrayıb.

2015-ci il avqustun 15-də “Spangdahlem” aviabzasından Bavariyada yerləşən “Grafenwoehr” təlim sahəsinə təlim uçuşu edən 480-ci döyüş eskadronunun F-16 qırıcısı meşəyə çırpılıb. Qəzaya səbəb qırıcının nasazlığı olduğu bildirilib.

Sevinc Əliyeva

Mənbə: ordu.az