Ərdoğan Suriyada "Barış Pınarı Əməliyyatı"na start verdi: "Əsgərlərimizin alınlarından öpürəm"

Ərdoğan Suriyada "Barış Pınarı Əməliyyatı"na start verdi: "Əsgərlərimizin alınlarından öpürəm"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Barış Pınarı Əməliyyatı"nın Fəratın şərqinə yönəldiyini açıqlayıb.

News24.az xəbər verir ki, "Reuters" xəbər agentliyi YPG-nin silah-sursat anbarlarının vurulduğunu açıqlayıb. Türk təyyarələri Rasullayndakı hədəflərini bombalamağa davam edir. Əməliyyat çərçivəsində Ter-Abyaddaki terror hədəfləri atəşə tutulur.

R.T.Ərdoğan şəxsi "Twitter" hesabında bu sözləri yazıb: "Türk Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalındakı PKK / YPG və DAEŞ terror təşkilatlarına qarşı #BarisPinarıHarekatı əməliyyatına başlamışdır. Ölkəmizə yönələn terror təhdidini aradan qaldıracağıq. Yaradcağımız etibarlı bölgə sayəsində Suriyalı qaçqınların ölkələrinə dönmələrini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən xilas edəcəyik. "Barış Pınarı Hərəkatı"na qatılan qəhrəman əsgərlərimizin hər birinin alınlarından öpür, onlara və bu hərəkatda Türkiyəyə dəstək olan yerli qurumlara uğurlar diləyirəm. Allah köməkləri olsun".

Mənbə: news24.az