Suriya kürdləri Rusiyanın Dəməşqlə dialoq çağırışını alqışlayıb

Suriya kürdləri Rusiyanın Dəməşqlə dialoq çağırışını alqışlayıb

Suriyanın şimalındakı kürd administrasiyası Rusiyanın çərşənbə günü etdiyi Dəməşqlə dialoq çağırışını alqışlayıb və Moskvanı qarant rolunu oynamağa çağırıb.

"Rusiya xarici işlər naziri Sergey Lavrovun kürdlərlə Suriya hökuməti arasındakı dialoqla bağlı açıqlamasına müsbət baxırıq və Rusiyanın dəstək və qarant rolunu oynamasını gözləyirik" - deyə, kürd administrasiyası bəyanatında bildirib.

Suriyanın kürd rəhbərliyi Suriya münaqişəsinin həllinin ən yaxşı yolunun Suriya-suriyalılar dialoqu yolu olduğunu deyib.

Birləşmiş Ştatlar ordusunun Suriyanı gözlənilmədən tərk etməsindən sonra Rusiyanın xarixi işlər naziri Sergey Lavrov ABŞ-ın regionda hərəkətlərinin bir-birinə zidd olduğunu deyib və Dəməşqlə Suriya kürdlərinin dərhal dialoqa başlamalı olduqları barədə xəbərdarlıq edib.

Mənbə: www.amerikaninsesi.org