BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Ankara, 9 oktyabr, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə AZƏRTAC-ın Türkiyə bürosuna bu ölkənin Xarici İşlər Nazirliyindən məlumat daxil olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” (“Sülh çeşməsi”) adı altında Fərat çayının şərqində PKK/YPG və İŞID terror təşkilatlarına qarşı antiterror əməliyyatına başlayıb.

Ehtimal edilir ki, səfirlər “Barış pınarı” antiterror əməliyyatı ilə bağlı məlumatlandırılmaq üçün nazirliyə çağırılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az