Ərdoğanın "vurun" əmrini verdiyi o an - VİDEO

Türkiyə ordusu Suriyanın şimalında, Fərat çayından şərqdə əməliyyata başlayıb.

"Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. "Sülh Bulağı" əməliyyatı ilə terror təhdidini aradan qaldıracağıq"

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O vurğulayıb ki, Türk ordusu "Sülh bulağı" adlı əməliyyat çərçivəsində Suriyanın şimalını YPG terrorçularından təmizləyəcək: "Məqsədimiz cənub sərhədlərimizdə formalaşdırılmağa çalışılan terror dəhlizini yox etməkdir. "Sülh Bulağı" əməliyyatı ilə ölkəmizə yönəlik terror təhdidini aradan qaldıracağıq. Formalaşdıracağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların öz ölkələrinə dönməsini təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq".

 

Bax.TV

ƏVVƏLKİ XƏBƏR

Məşhur alman bankının 18 min əməkdaşı işsiz qalacaq

SONRAKI XƏBƏR

Rusiya yığması 0:61 hesabı ilə məğlub olub