Trampın uyğur bəhanəsi - VİDEO

Trampın uyğur bəhanəsi - VİDEO

Amerika Birləşmiş Ştatları Çində uyğurların insan haqlarının pozulduğunu əsas gətirərək Çinə məxsus 28 qurumu qara siyahıya salıb.

Belə ki, adı siyahıda olan qurumlar ABŞ-dan hər hansı məhsul satın almaq üçün Vaşiqntondan icazə istəməli olacaqlar.

ABŞ Ticarət Nazirliyinin açıqlamasına görə, siyahıya salınan şirkətlərin adları, Çin hökumətinin uyğurlara, qazaxlara və digər müsəlman azlıqlara qarşı təzyiq, kütləvi həbslər və insan hüquqları pozuntularına qarışıb.

Beynəlxalq ictimaiyyət Çin hökumətini bu pozuntulara görə tənqid etsə də, çox maraqlıdır ki, Çin hökuməti uyğurların kütləvi həbs olunub saxlanıldığı yerləri “peşə təhsili mərkəzi” adlandırır.

Bir maraqlı fakt da ondan ibarətdir ki, Tramp əsasən Çinin texnoloji şirkətlərini hədəfə alıb. Politoloqlar düşünür ki, bu proseslər təsadüfi deyil və Birləşmiş Ştatların Çinin iqtisadi inkişafını əngəlləməyə hesablanıb.

Ekspertlər qeyd edir ki, abş kəşfiyyat orqanlarının senata illik hesabatlarında, abş üçün ən böyük təhdid yaradan ölkələr sırasında ilk üçlükdə məhz çin göstərilir. Hətta bəzən Çini Rusiyadan daha təhlükəli hesab edilir.
İqtisadçılar da ABŞ-ın Çinə qarşı növbəti sanksiyal dalğasını Amerika-Çin ticarət müharibəsinin bir hissəsi kimi səciyyələndirirlər.

İqtisadçılar düşünür ki, Tramp administrasiyası tərəfindən aqressiv xarici iqtisadi siyasətin həyata keçirilməsinə baxmayaraq, Çin və ABŞ arasındakı xarici siyasətdə Çin tərəfinə olan müsbət saldo nəinki azalmır, hətta artmaqdadır. Bu onu deməyə əsas verir ki, bu siyasət öz hədəflərinə çatmır.

Qeyd edək ki, ABŞ tərəfindən adı qara Siyahıya salınan şirkətlərdən 20-i dövlət qurumudur, 8-i isə izlənmə üzrə ixtisaslaşmış texnologiya şirkətidir. Onların arasında video ilə izləmə şirkəti Hikvision, üztanıma sisteminin liderlərindən sayılan Sense Time Group və Megvii də var.

Mənbə: www.realtv.az